Various sectors under one group

Biz 2012-ci ildən etibarən müxtəlif biznes sahələrində fəaliyyət göstərən şirkətlər qrupuyuq. İnformasiya texnologiyaları, marketinq konsaltinqi, IT təhsil, e-kommersiya və SMS provayderlik kimi sahələrdə geniş təcrübəmiz bizə müştərilərimizin davamlı böyüməsinə yardım etməyə imkan yaradır. Eyni zamanda, biz əməkdaşlarımızın professional inkişafına xüsusi diqqət ayırır və cəmiyyətə daim töhfə vermək üçün çalışırıq.

Sizin etibarlı İT tərəfdaşınız

Fəaliyyətinə 2012-ci ildən başlayan ATL Tech qısa zaman ərzində İnformasiya Texnologiyaları sahəsində ölkənin aparıcı şirkətlərindən birinə çevrilmişdir. Beynəlxalq sirkətlərlə əməkdaşlıq edərək ATL Tech İT konsaltinq, sistem inteqrasiyası, proqram təminatı xidmətləri və həllər daxil olmaqla genis çeşiddə İT məhsulları və xidmətləri təqdim edir. Yerli və xarici şirkətlərə xidmət göstərən ATL Tech müştərilərinin İT sahəsində qarşılaşdığı çətinliklər üçün müxtəlif tipli həllər təklif edir.

VEBSAYTA KEÇİN

Gələcəyini dəyiş

Biz müasir İT tələblərini qarşılayan təhsil imkanları təklif edirik. Başlıca məqsədimiz yerli və xarici bazar üçün yüksək ixtisaslı İT mütəxəssislər yetişdirmək və karyera inkişafları müddətində onlara dəstək olmaqdır. Tələbələrimizə praktiki təcrübə vermək əsas prioritetimizdir.

VEBSAYTA KEÇİN

Eti̇bar edə bi̇ləcəyi̇ni̇z xi̇dmətlər

ATL Service şəbəkə, konfiqurasiya, və avadanlıq xidmətlərimizin şirkətlərin xüsusi ehtiyaclarına uyğunlaşa biləcəyi və mürəkkəbliyi azaldaraq biznesi transformasiya edə biləcək əsas ideya əsasında yaradılmışdır. Təcrübəli mütəxəssislərimiz sizə uzunmüddətli uğura aparacaq özəl texniki yardım təklif edəcəklər.

VEBSAYTA KEÇİN

Daha yaxşı kommunikasiya üçün

Hazırda Azərbaycanın hər 3 mobil operatoru ilə əməkdaşlıq edən ATL SMS müştərilərinə Bulk SMS, Profile SMS, Two Way SMS və Bulk Airtime kimi çeşidli SMS həlləri təklif edir. ATL SMS biznesini və müştəri portfoliosunu genişləndirməyi hədəfləyən müştərilərin etibarlı tərəfdaşıdır.

VEBSAYTA KEÇİN

Maraqları birləşdiririk

Expertech texnologiyaya marağı olan hər bir kəsi bir araya gətirmək üçün ATL Group tərəfindən təşkil edilən aylıq görüşlərin platformudur. Burada məqsəd peşəkarların, tələbələrin və İT sevərlərin yeni və mövcud ideyaları müzakirə edə biləcəkləri bir cəmiyyət yaratmaqla yerli İT ekosisteminin inkişafına dəstək olmaqdır.

VEBSAYTA KEÇİN