İR siyasəti

“ATL Group”-un İnsan Resursları üzrə siyasəti Biz insan resurslarını uğurun aparıcı amili hesab edirik. Yalnız bu resursların dəstəyi və iştirakı ilə müştərilərimizə keyfiyyətli xidmət təqdim edə və uzunmüddətli effektiv nəticələr əldə edə bilirik. Məhz bu səbəbdən, çalışırıq ki, müştərilərlə əməkdaşlıqda xüsusi önəmi olan iş mühitini daha da təkmilləşdirək.

“ATL Group” olaraq inanırıq ki, etibar qazanmaq üçün biznesin bütün aspektlərində mükəmməlliyə nail olmaq lazımdır. Biz insanları sadəcə bilik və bacarıqlarına görə deyil, o cümlədən, prinsiplərinə və dəyərlərinə görə seçir və işə qəbul edirik.

Etik məsələlər şirkətimizin İR siyasətinin əhəmiyyətli hissəsini əhatə edir. Şirkətdaxili davranışlarla bağlı əməkdaşlarımız davamlı olaraq məlumatlandırılır və mütəmadi təlimlərə cəlb olunurlar. “ATL Group”-da işləyən hər kəs üçün etik davranış yaxşı mühakimənin təzahürüdür.

Uğurumuz müştəriləmizin bizə olan etibarı əsasında formalaşır. Buna görə də, gördüyümüz bütün işlər, məhz bu etibara söykənir. Biz müştərilərimizə müstəsna xidmətlər söz verməklə buna maksimum əməl etmək üçün çalışırıq.