Təcrübə imkanları

Şirkətimiz müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış istedadlı insanların işə cəlb edil-məsində aktiv şəkildə iştirak edir. Təklif etdiyimiz bütün vakansiyalar potensial əməkdaşlarımıza şirkət, onun dəyərləri və aid olduqları sahə üzrə müvafiq bilik və təcrübələrini təkmilləşdirməyə imkan verir. Bundan əlavə, biz həm də təcrübə proqramları və gənc tələbələr üçün sosial yönümlü layihələr həyata keçiririk. Proqramın təşkil olunmasında məqsəd yeni mütəxəssislərin formalaşmasına yardım etmək və onların nəzəri biliklərinin iş fəaliyyətində tətbiqinə şərait yaratmaqdır.

Tələbələr aşağıdakı istiqamətlər üzrə iş təcrübəsi üçün müraciət edə bilərlər:

  • Layihə İdarəedilməsi
  • Marketinq
  • Biznesin İnkişafı
  • İnformasiya Texnologiyaları

Təcrübə Proqramında iştirak etməkdə maraqlı olan tələbələr doldurulmuş müraciət formasını və motivasiya məktubunu internship@atl.az mail ünvanına göndərməlidir. Motivasiya məktubu 350 sözdən çox olmayaraq, seçdiyiniz iş təcrübəsi sahəsində maraq dairələrinizi, nail olmaq istədiyiniz məqsədləri əks etdirməlidir.

Qeyd: Mail göndərərkən mövzu hissəsində iş təcrübəsi üzrə seçdiyiniz sahəni qeyd edin.