Rəhbərlik

reshad-mirzeyev

Rəşad Mirzəyev

Baş Direktor

Rəşad Mirzəyev 2012-ci ildən etibarən şirkətlər qrupunun Baş Direktoru vəzifəsində çalışır. O, Böyük Britaniyada Bellerbys College Brighton və City University, Cass Business School-da biznesin idarə edilməsi sahəsi üzrə ali təhsilə yiyələnmişdir. Malik olduğu müvafiq biliklər və müxtəlif istiqamətlərdə qazandığı zəngin təcrübə ona şirkəti, eləcə də, onun insan resurslarını yönləndirməkdə və innovativ yanaşmalar irəli sürməkdə köməklik edir. Cənab Mirzəyev, həmçinin, Azərbaycan Layihələrin İdarə edilməsi Assosiasiyasının (AZPMA) vitse-prezidenti vəzifəsini daşımaqdadır.


roman-nikitin

Roman Nikitin

Biznesin İnkişafı üzrə Direktor

Roman Nikitin 2014-cü ildən bəri “ATL Group”-un Biznesin İnkişafı üzrə Direktorudur. O, ali təhsilini Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə almışdır. Əsasən “ağıllı” satışlar, mühəndislik və biznes proseslərinin avtomatlaşdırılması sahələri üzrə ixtisaslaşan cənab Nikitin 15 ildən artıq satış və AVPro istiqamətli mürəkkəb mühəndis-texniki layihələrin idarə olunması istiqamətləri üzrə iş tərcübəsinə sahibdir. 


milind-jakar

Milind Jatkar

Maliyyə üzrə Direktor

Milind Jatkar 2015-ci ildən etibarən “ATL Group”-un Maliyyə üzrə Direktoru vəzifəsini daşımaqdadır. Maliyyə sahəsində otuz ildən artıq fəaliyyət göstərən cənab Jatkar turizm, daşınmaz əmlak, istehsalat və maliyyə xidmətləri sektorlarında peşəkar iş təcrübəsinə malikdir. “ATL Group”-a qoşulmamışdan öncə o, Asiya, Afrika və Avropanın bir çox şirkətlərində çalışmışdır. Cənab Jatkar Mumbay Universitetinin kommersiya və hüquq sahələri üzrə bakalavr məzunu olmaqla bərabər, 1983-cü ildən etibarən Hindistan Mühasiblər İnstitutunun həqiqi üzvüdür.


soltan bayramov

Soltan Bayramov

Marketinq Direktoru

Soltan Bayramov “ATL Group”-dakı fəaliyyətinə 2012-ci ildə başlamış, 2015-ci ildən etibarən Marketinq Direktoru vəzifəsinə təyin olunaraq şirkətlər qrupunun bütün marketinq fəaliyyətindən məsul şəxs elan olunmuşdur. O, telekommunikasiya və qida sektorları da daxil olmaqla, marketinq sahəsində geniş peşəkar təcrübəyə malikdir.

Soltan Bayramov Böyük Britaniyanın Uels Universitetinin biznesin idarə edilməsi ixtisası üzrə bakalavr və magistr dərəcələrinə yiyələnmişdir.


afiq-agayev

Arif Aghayev

Layihə Menecmenti üzrə Direktor

Cənab Arif Ağayev “ATL Group”-da Layihələrin idarə edilməsi üzrə Direktor vəzifəsində çalışır. O, yeni və mövcud olan qrup layihələrinin təşkili, tətbiqi və idarəsi ilə məşğul olur. Cənab Ağayev konsaltinq, maliyyə xidmətləri və kənd təsərrüfatı sahələrində layihə idarə edilməsi üzrə geniş tərcübəyə malikdir.

Arif Ağayev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr, həmçinin Kembric Universiteti Judge Biznes Məktəbində MBA təhsili almışdır.