Haqqımızda

Biznes fəaliyyətimizə 2011-ci ildə “ATL Consulting” olaraq başladıq və ilk gündən etibarən hər bir müştərimizin maraqlarına fərdi şəkildə yanaşaraq onlara hədəflərinə çatmaqda köməklik etməyə səy göstərdik. Uzunmüddətli və etibarlı münasibətlər qurmağın yalnız bu yolla mümkün olduğuna inandıq.

İnandığımız kimi də oldu və 2012-ci ildə “ATL Group” adı altında dörd fərqli istiqamət üzrə xidmət göstərən şirkətlərin əsasını qoyduq.

Hazırda ATL Group-a daxil olan dörd şirkət:

    • ATL Info Tech – Müştərilərə İT konsaltinq, sistem inteqrasiyası, təhlükəsizlik, proqram təminatı və digər istiqamətlərin daxil olduğu geniş xidmət və həllər təklif edir. Bu  xidmətlərin sayəsində müştərilərimiz gündəlik əməliyyatlarını asanlaşdırmağa və minimum xərclə maksimum səmərəlilik əldə etməyə nail olur.
    • ATL Consulting – Marketinq, reklam, layihələrin idarəolunması və aktivlərin idarəedilməsi istiqamətləri üzrə təklif etdiyimiz konsaltinq xidmətləri müştərilərimizə uzunmüddətli, ölçülə bilən və davamlı nəticələr əldə etməyə yardımçı olur. Bunun üçün ilk öncə problemin ilkin mənbəsini  müəyyən edir və 360 dərəcə həll yolları təklif edirik.
    • ATL Electronics – Texnoloji avadanlıqların satışı üzrə ixtisaslaşan şirkətimiz Azərbaycanda 60-dan çox diler şəbəkəsini əhatə edir. Şirkətimiz sadəcə satışlarla kifayətlənməyərək, diler şirkətlərimizə müxtəlif məhsullar üzrə təlimlər təşkil edir, müvafiq qiymətləndirmə strategiyaları və marketinq dəstəyi verərək bizneslərinin sürətli və davamlı böyüməsinə şərait yaradır.
  • ATL Rent-a-Car – Şirkət olaraq xidmətlərimizdən istifadə edən fərdi və korporativ müştərilərilərimizi gedəcəkləri ünvana vaxtında və problemsiz çatdırmaqla yanaşı, səfərlərindən zövq almalarını da təmin etmək başlıca hədəfimizdir.

“ATL Group”- texnologiya, innovasiya və yüksək keyfiyyət standartlarını özündə birləşdirərək müştərilərə onların gözləntilərindən daha artığını təklif etməyi başlıca hədəf hesab edir. Şirkətlər qrupunun əsas məqsədi, hər bir peşəkarın işləmək istəyəcəyi və hər müəssisənin əməkdaşlıq qurmaqdan məmnunluq duyacağı şirkətə çevrilməkdən ibarətdir.