ATL Consulting
ATL Consulting
image description
Marketinq
  • PR
  • Reklam
  • Araşdırma və analitika
image description
Aktivlərin idarəedilməsi
  • İnvestisiyaların idarəedilməsi
  • Şirkət aktivlərinin idarəedilməsi
image description
Layihələrin idarəedilməsi
  • Layihə kritik zəncirinin idarə olunması
  • Layihə planlaşdırılması
  • Analitika
  • Monitorinq və layihəyə nəzarət

“ATL Consulting” ,şirkətinin əsası 2011-ci ildə qoyulub, şirkətin başlıca missiyası qeyri-qənaətbəxş vəziyyət ilə üzləşmiş biznes müəssisələrinə müxtəlif səpkili konsaltinq xidmətləri vasitəsi ilə dəstək verməklə, işgüzar effektivliyin artırılmasına nail olmaqdan ibarətdir. Təklif etdiyimiz həll yolları praktik olmaqla yanaşı, müəssisələrə, bazar mövqelərini möhkəmləndirməkdə, müştərilərlə əlaqələrin qurulmasında və rəqabət üstünlüyü qazanmaqda kömək edir.

“ATL Consulting”-in xidmət istiqamətlərinə marketinq fəaliyyəti, reklam və PR üzrə konsaltinq, bazar araşdırmaları, layihələrin idarə olunması, təlimlər, biznes müayinəsi və s. daxildir. İşimizin əsas meyarlarından biri müştərilərimizin ehtiyaclarını diqqətlə öyrənmək və onların biznes strukturlarına ən uyğun həll yolunu təklif etməkdir.

Şirkətin üzləşdiyi problemdən asılı olmayaraq, biz həmişə ən praktik həlləri irəli sürməyə çalışır, müvafiq təcrübəyə malik ən uyğun insanları seçirik. Bundan başqa, mütəxəssislərimiz müştərilərimizlə uzunmüddətli korporativ əlaqələr qurmaqla iş fəaliyyətinin və iş qabiliyyətinin davamlı inkişafına dəstək olurlar.

Biz daima müştərilərimizin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün optimal yollar axtarırıq. Məqsədimiz müştərilərimizə öz biznes hədəflərinə çatmaqda və uzunmüddətli uğura nail olmaqda yardım etməkdir.

www.atlconsulting.az