ATL Group yay təcrübə proqramına start verildi

06 İyun 2016

ATL Group gənclərin inkişafı üçün sosial proqramlarını davam etdirməkdədir. Bu istiqamətlərdən biri də tələbələr üçün yay təcrübə proqramıdır. ATL Group nümayəndələri Qafqaz Universitetinin dəstəyi ilə şirkətimizdə iş təcrübəsi əldə etməyin potensial imkanları və üstünlükləri haqqında tələbələri məlumatlandırmışdır.