ATL Group Yay Təcrübə Proqramı

15 İyul 2016

ATL Şirkətlər qrupu Qafqaz universiteti və Təhsil Nazirliyinin təşkil etdiyi Student2Student layihəsi çərçivəsində, toplam 13 universitetdən yüksək potensial və motivasiyaya malik tələbələri təcrübə proqramına cəlb edərək, Yay təcrübə proqramının seçim mərhələsini uğurla başa vurmuşdur. Tələbələr ixtisaslarına uyğun olaraq, iKT, Proqram təminatı, Layihələrin İdarə edilməsi, Marketinq və s. departamentlərinə yönləndirilmişdir.

Təcrübəçiləri qəbul etməkdə başlıca məqsədimiz onlara real layihələrdə və proseslərdə iştirak etmə imkanı yaratmaq, təlimlər keçmək və praktiki biliklərlə təmin etməkdən ibarətdir. Təcrübəni uğurla başa vurmuş tələbələrə təcrübə proqramı sonunda iş ilə təmin olunma fürsəti verilir. Ötən il yay təcrübə proqramında 30 tələbə qəbul edilmiş , onlardan 5 nəfəri iş ilə təmin edilmişdir.