ATL Group baş ofisində Fintech tədbiri baş tutmuşdur

10 Noy. 2016

ATL Group və Barama Innovasiya Mərkəzinin dəstəyi ilə SUP.az akseleratorunun təşkilatçılığı ilə “Fintech” tədbiri baş tutmuşdur. Tədbirin məqsədi startap ekosistemində və maliyyə sektorunda aparıcı mütəxəssisləri cəlb etməklə qarşılıqlı faydalı münasibətləri və startap ilə maliyyə sektorunun inkişafına hərəkətlərin təsirini müzakirə etmək olmuşdur. Tədbirdə eManat-ın baş direktoru Ruslan Talıbov, Startap məhsulların İnkişafı üzrə ekspert Emre Talay, həmçinin Nikoil Bank-ın baş direktoru Nikoloz Şurqaya iştirak etmişdirlər.