SUP Accelerator-un ikinci Demo Day tədbiri

06 Dek. 2016

26 noyabr tarixində ATLGroup baş ofisində SUP Accelerator-un ikinci Demo Day tədbiri müvəffəqiyyətlə baş tutdu. İştirakçılar arasında SUP.az tərəfindən 3 layihə - Kvotter, Morror və Reasy, həmçinin 5 digər startap var idi. Bütün komandalar öz ideyalarını investorlara təqdim etdi və onlarla sonrakı qarşılıqlı sərfəli əməkdaşlıq imkanlarını müzakirə etdi. Tədbir daha sonra “MBA Klub” ilə birlikdə 500 startap üzrə partnyor Enis Hullinin iştirakı ilə keçən görüşlə davam olundu.